—

Zelenski karantini pozdu

713
Zelenski karantini pozdu
Dinləmək üçün basın

Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusun yayılması səbəbindən ölkədə tətbiq olunan özünütəcrid rejimini pozub və Xmelnitskidə yerləşən kafelərdən birinə gedib.

Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusun yayılması səbəbindən ölkədə tətbiq olunan özünütəcrid rejimini pozub və Xmelnitskidə yerləşən kafelərdən birinə gedib.

InterPress.ge “RİA Novosti”yə istinadən bildirir ki, müvafiq foto dövlət başçısı ofisinin İnstaqram hesabında yerləşdirilib.

Fotodan göründüyü kimi, Zelenski ətrafında daha bir neçə nəfərlə iaşə obyektində masa arxasında əyləşib və kofe içir. Bu məqamda qeyd edək ki, Ukraynada restoran və kafelərə iyunun 5-dən qonaq qəbul etmələrinə icazə verilib.

“Xmelnitskidə əla kofe! Ətirli və dadlı! Kafelər karantindən çıxır, koronavirus epidemiyasından yavaş-yavaş yaxşılaşırıq”, - paylaşıma olan yazıda qeyd edilib.

Zelenskinin ofisində bildirilib ki, adətən şəhərin bu hissəsində çox sayda gənc toplaşır, dövlət başçısının gəlişi isə “böyük ajiotaj yaradıb”.

Qeyd edək ki, Ukraynada 24 823 nəfərdə koronavirus aşkarlanıb, 735 pasiyent vəfat edib, 10 440 nəfər sağalıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →