—

Aİ Putin, Lavrov, Mişustin və Medvedevə qarşı sanksiyalar tətbiq edib

285
Aİ Putin, Lavrov, Mişustin və Medvedevə qarşı sanksiyalar tətbiq edib
Dinləmək üçün basın

Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokolsev, habelə bu ölkənin digər rəsmi şəxsləri Avropa İttifaqının (Aİ) məhdudlaşdırıcı tədbirləri siyahısına daxil…

Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokolsev, habelə bu ölkənin digər rəsmi şəxsləri Avropa İttifaqının (Aİ) məhdudlaşdırıcı tədbirləri siyahısına daxil edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnaliında məlumat verilib.

Sənəddə qeyd edildiyi kimi, Putin, xüsusən Ukraynada hərbi əməliyyat keçirmək əmri verib və Rusiya silahlı qüvvələri Ukraynaya qarşı hücuma keçib. Lavrov Rusiya Təhlükəsizlik Şurasının üzvü kimi Rusiyanın qondarma DXR və LXR-i dərhal tanımasını dəstəkləyib.

Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib ki, Aİ-nin məhdudiyyətləri siyahılarında adları olan şəxslərin aktivləri dondurulacaq. Eyni zamanda o, hansı aktivlərin müzakirə olunduğunu açıqamayıb.

Sanksiyalar siyahısında həmçinin Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin də adları var.

“G7 ölkələrinin xarici işlər nazirləri gün ərzində Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq atacağımız koordinasiyalı hərəkətləri müzakirə etdik. Rusiya rəhbərliyini görünməmiş təcrid gözləyir.

Transatlantik tərəfdaşlarımızla Ukrayna ilə həmrəyik”, - Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi daha əvvəl sosial şəbəkədəki hesabında qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →