—

Ukrayna Prezidenti ofisinin rəhbəri: "Bitərəflik barədə danışıqlara hazırıq"

429
Ukrayna Prezidenti ofisinin rəhbəri: "Bitərəflik barədə danışıqlara hazırıq"
Dinləmək üçün basın

"Ukrayna bitərəflik statusuna dair Rusiya ilə danışıqlar aparmağa hazırdır, amma əvəzində təhlükəsizlik zəmanəti də verilməlidir".

"Ukrayna bitərəflik statusuna dair Rusiya ilə danışıqlar aparmağa hazırdır, amma əvəzində təhlükəsizlik zəmanəti də verilməlidir".

InterPress.ge RBK-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti ofisinin rəhbəri Mixaylo Podolyak bildirib.

“Ukrayna həmişə, o cümlədən Rusiyanın indiki tammiqyaslı hücumu zamanı belə danışıqlar üçün qapını açıq qoyub. Bu müharibə dayandırılmalıdır”, - o vurğulayıb.

Daha əvvəl Prezident Volodimir Zelenskinin Avropa ölkələrini Ukrayna ilə bir yerdə vuruşmaq istəməməkdə qınadığını xatırladan ofis rəhbəri Avropa ölkələrindən fərqli olaraq Ukraynanın Rusiyadan qorxmadığını deyib.

“Bu gün Moskvanın danışıqlar istədiyini eşitdik. Əgər bitərəflik statusu ilə danışmaq istəyirlərsə, biz bu cür müzakirədən çəkinmirik. Məsələ ondadır ki, Ukraynanın təhlükəsizliyinə kim zəmanət verəcək və zəmanətçilərin razılaşmalara əməl edəcəyinə necə əmin ola bilərik”, - M.Podoliyak diqqətə çatdırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →