—

Tbilisidə Ukraynaya dəstək aksiyası keçirilir

392
Tbilisidə Ukraynaya dəstək aksiyası keçirilir
Dinləmək üçün basın

Müxalifət partiyaları və vətəndaş fəallarının təşkilatçılığı ilə Ukrayna səfirliyi qarşısında Ukraynaya dəstək aksiyası keçirilir.

Müxalifət partiyaları və vətəndaş fəallarının təşkilatçılığı ilə Ukrayna səfirliyi qarşısında Ukraynaya dəstək aksiyası keçirilir.

lnterPress.ge xəbər verir ki, etirazçılar səfirlikdə Ukrayna himnini oxuyub, binaya gül dəstələri gətiriblər.

Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov da aksiya iştirakçılarına  qoşularaq onlara göstərdikləri dəstəyə görə təşəkkür edib.

Mitinqin təşkilatçılarından biri, Vahid Milli Hərəkat Partiyasının üzvü Levan Bejaşvilinin dediyi kimi, gürcü cəmiyyəti Ukrayna xalqı ilə həmrəydir. O, həmçinin Gürcüstan hökumətini fəaliyyətsizlikdə ittiham edib. 

''Bu gün Gürcüstan cəmiyyəti Ukrayna ilə həmrəydir və biz Rusiyanın hərbi təcavüzünə birgə etiraz edirik”, -  deyə Bejaşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →