—

Gəncə və Marneuli şəhərlərinin qardaşlaşması təklif olunub

604
Gəncə və Marneuli şəhərlərinin qardaşlaşması təklif olunub
Dinləmək üçün basın

Azərbaycanın ikinci böyük şəhəri Gəncə və Gürcüstanın Marneuli şəhərlərinin qardaşlaşması təklif olunub.

Azərbaycanın ikinci böyük şəhəri Gəncə və Gürcüstanın Marneuli şəhərlərinin qardaşlaşması təklif olunub.

InterPress.ge xəbər verir ki, bu təkliflə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Kvemo Kartli  bölgəsinin qubernatoru Giorgi Doxturişvili ilə görüşdə çıxış edib.

Səfir xatırladıb ki, Rustavi və Sumqayıt şəhərləri qardaş şəhərlərdir və ötən il Tbilisi və Bakı şəhərləri də qardaşlaşıb.

F.Quliyevin sözlərinə görə, Gəncə və Marneulinin qardaşlaşması Azərbaycanın Gürcüstanla regionlararası əməkdaşlığının güclənməsinə təkan verməklə yanaşı, şəhərlər arasında möhkəm mədəni-humanitar və ticari-iqtisasi əlaqələrin qurulmasına imkan yarada bilər.

Qeyd edək ki, Marneuli şəhəri eyniadlı bələdiyyənin inzibati mərkəzidir. 2014-cü ildə Gürcüstanda aparılmış son siyahıyalmaya görə şəhərdə 20 211 nəfər əhali yaşayır.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →