—

Bu ölkə Gürcüstan üçün sərhədlərini açdı

4,218
Bu ölkə Gürcüstan üçün sərhədlərini açdı
Dinləmək üçün basın

İyunun 1-dən etibarən bir sıra ölkə vətəndaşlarına karantinə riayət etmədən və koronavirus testindən keçmədən Çernoqoriyaya daxil olmalarına icazə verilib.

İyunun 1-dən etibarən bir sıra ölkə vətəndaşlarına karantinə riayət etmədən və koronavirus testindən keçmədən Çernoqoriyaya daxil olmalarına icazə verilib.

InterPress.ge “Vijesti” nəşrinə istinadən bildirir ki, bu barədə Çernoqoriya hökuməti qərər qəlub edib.

Nəşr qeyd edir ki, bazar ertəsindən etibarən ölkəyə Gürcüstan, Azərbaycan, Albaniya, Avstriya, Bolqarıstan, Danimarka, Misir, Finlandiya, Xorvatiya, Çexiya, İslandiya, İsrail, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monako, Almaniya, Norveç, Slovakiya, Sloveniya, İsveçrə və bir sıra digər dövlətlərdən turistlər gələ bilərlər.

Çernoqoriyanın İctimai Səhiyyə İnstitutunda (İJZ) bəyan ediblər ki, ölkələrin seçimi Aİ-nin tövsiyələrinə əsaslanır. Turistlərin gəldiyi ölkələrdə koronavirusa yoluxanların sayı 100 min əhaliyə 25 nəfərdən az olmalıdır.

Qeyd edək ki, mayın ortalarında Çernoqoriya hökuməti ölkədə koronavirus pandemiyasının tam nəzarət altında olduğunu açıqlamışdı. Ona görə də mayın 18-dən hotellər, çimərliklər, ticarət mərkəzləri, restoranlar və kafelər açılıb. Hökumət ümid edir ki, turizmi avqust-sentyabr aylarında artıq tamamilə bərpa etmək mümkün olacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →