—

Pentaqon: Rusiya hələ də genişmiqyaslı müharibədən qaça bilər

277
Pentaqon: Rusiya hələ də genişmiqyaslı müharibədən qaça bilər
Dinləmək üçün basın

ABŞ administrasiyası Ukrayna böhranının daha da gərginləşməsinin qarşısını almağa çalışır.

ABŞ administrasiyası Ukrayna böhranının daha da gərginləşməsinin qarşısını almağa çalışır.

InterPress.ge xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.

"Biz Ukraynada növbəti münaqişənin qarşısını almaq üçün çalışırıq", - Pentaqon rəhbəri qeyd edib.

Ostinin sözlərinə görə, Rusiya hələ də faciəli genişmiqyaslı müharibədən qaça bilər.

Qeyd edək ki, Ostin dünən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →