—

Azərbaycanın Gürcüstandakı səfiri: "Vətən müharibəsindəki Zəfərlə Xocalı qurbanlarının qisası alınıb"

383
Azərbaycanın Gürcüstandakı səfiri: "Vətən müharibəsindəki Zəfərlə Xocalı qurbanlarının qisası alınıb"
Dinləmək üçün basın

"Xocalı faciəsi Azərbaycan tarixinə ən dəhşətli səhifə kimi daxil olub. 30 il öncə şəhər əhalisinə qarşı amansız qətliam törədilib".

"Xocalı faciəsi Azərbaycan tarixinə ən dəhşətli səhifə kimi daxil olub. 30 il öncə şəhər əhalisinə qarşı amansız qətliam törədilib".

InterPress.ge xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə "Xocalıya ədalət" adlı sərginin açılış mərasimində deyib.

Səfir soyqırımı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat təqdim edib.

Onun sözlərinə görə, faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ədalətin zəfər çalmasına öz töhfəsini verir:

"Bu istiqamətdə ən başlıca beynəlxalq layihələrdən biri 2008-ci ildən davam edən "Xocalıya ədalət" kampaniyasıdır. Aparılan fəaliyyət nəticəsində bir sıra mühüm qərar və qətnamələr qəbul edilib. Sizi "Xocalıya ədalət" çağırışına səs verməyə çağırıram. Dünya Xocalı soyqırımını tanımalıdır".

Səfir qeyd edib ki, 44 günlük Vətən müharibəsindəki Zəfərlə Xocalı faciəsinin qurbanlarının qisası alınıb və günahsız qurbanların qanları yerdə qalmadı.

F.Quliyev Tbilisidəki sərginin ərsəyə gəlməsində əməyi keçən Heydər Əliyev Fondu başda olmaqla bütün qurumlara təşəkkür edib.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →