—

Ukraynalı hərbi ekspert: “Rusiya 2008-ci ildə Gürcüstanın separatçı bölgələrində etdiyi kimi..."

1,119
Ukraynalı hərbi ekspert: “Rusiya 2008-ci ildə Gürcüstanın separatçı bölgələrində etdiyi kimi..."
Dinləmək üçün basın

“Rusiya 2008-ci ildə Gürcüstanın separatçı bölgələrində etdiyi kimi, müharibəyə başlamaq üçün ilkin şərt kimi Donetsk və Luqanskda Rusiya vətəndaşlarının maraqlarının müdafiəsindən istifadə edə bilər”, - deyə ukraynalı…

“Rusiya 2008-ci ildə Gürcüstanın separatçı bölgələrində etdiyi kimi, müharibəyə başlamaq üçün ilkin şərt kimi Donetsk və Luqanskda Rusiya vətəndaşlarının maraqlarının müdafiəsindən istifadə edə bilər”, - deyə ukraynalı hərbi ekspert Nikolay Sunhurovski deyib. 

lnterPress.ge xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Kiyevdəki Razumkov Mərkəzinin ekspertinin sözlərinə görə, Moskva Cənubi Osetiya və Abxaziya vətəndaşlarına Rusiya pasportlarını payladıqdan sonra Rusiya vətəndaşlarını qorumaq bəhanəsi ilə müharibəyə başlayıb.

Rəsmi məlumatlara görə, Ukraynanın separatçı bölgələrində Moskva 720 mindən çox insana Rusiya pasportu verib. Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Donetsk və Luqansk sakinləri Rusiya pasportlarını sadələşdirilmiş qaydada ala bilərlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →