—

Potidə evakuator sürücüləri qeydiyyat zonası yaxınlığında aksiya keçirdilər

415
Potidə evakuator sürücüləri qeydiyyat zonası yaxınlığında aksiya keçirdilər
Dinləmək üçün basın

Potidə evakuator sürücüləri qeydiyyat iqtisadi zonasının yaxınlığında etiraz aksiyası keçiriblər.

Potidə evakuator sürücüləri qeydiyyat iqtisadi zonasının yaxınlığında etiraz aksiyası keçiriblər.

lnterPress.ge xəbər verir ki, onların sözlərinə görə yeni qaydaya  əsasən, Gəlirlər Xidməti onları limanlardan müxtəlif şəhərlərə daşıdıqları avtomobillərin gömrük rüsumlarını ödəməyə   məcbur edir.

Etirazçıların sözlərinə görə, onların öhdəliyi yalnız avtomobillərin daşınmasıdır və gömrük rəsmiləşdirilməsinə görə onların üzərinə məsuliyyət qoyulması düzgün deyil. Sürücülər bank hesablarına qadağa qoyulduğunu və fəaliyyətlərini davam etdirə bilmədiklərini deyirlər. Evakuator sürücülərinin  aksiyasına Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyasının nümayəndələri də qoşulub. Mitinqdə elan olunduğu kimi, etirazçılarla Gəlirlər Xidmətinin nümayəndələri arasında qapalı görüş nəzərdə tutulub. 

 ''Bizi gömrük rüsumlarını ödəməyə məcbur edirlər, bunun bizə qətiyyən aidiyyatı yoxdur. Biz sadəcə daşıyıcıyıq. Maşını çıxarıb sahibinə təhvil verəcəyik, qalanı isə sahibinin öhdəsindən gəlməlidir. Müdiri tapa bilmirlər, nə baş verdiyini bilmirik, bizdən gömrük rəsmiləşdirilməsini istəyirlər. Bütün bunlar həll olunana qədər mitinqlər davam edəcək”, - deyə  etirazçı Malxaz Kurçxalia bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →