—

Hamilə həyat yoldaşını öldürən şəxs qətl barədə danışdı

1,665
Hamilə həyat yoldaşını öldürən şəxs qətl barədə danışdı
Dinləmək üçün basın

''Mən onu öldürdüm,amma qəsdən öldürmək istəmirdim''.

''Mən onu öldürdüm,amma qəsdən  öldürmək istəmirdim''.

lnterPress.ge xəbər verir ki, bu barədə  məhkəmədə hamilə həyat yoldaşı Keta Kepuladzeni xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Qoqa Qzirişvili bildirib.

Təqsirləndirilən şəxsin izah etdiyinə görə, o,  törətdiyi qətli etiraf edir, lakin irəli sürülən ittihamla razılaşmır.

“Mən günahımı etiraf edirəm, amma öldürmək niyyətində deyildim. Mən onu öldürdüm, polisə zəng etdim və etiraf etdim, ancaq qəsdən öldürmək  istəmirdim”, - deyə Qzirişvili bildirib.

Hazırda Tbilisi şəhər məhkəməsində təqsirləndirilən şəxs Qoqa Qzirişvilinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bugünkü iclasda sübutların qəbul edilməsi məsələsi müzakirə olunacaq, həmçinin saxlanılan şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinə baxılacaq.

Məlumat üçün bildirək ki, dekabrın 22-də Tbilisidə təqsirləndirilən şəxs Qoqa Qzirişvili hamilə həyat yoldaşı Keta Kepuladzeni qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə xüsusi amansızlıqla 30 dəfə xəsarət yetirib. Aldıqları xəsarətlər nəticəsində hamilə Kepuladze hadisə yerindəcə dünyasını dəyişib. 

Qzirişviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 111,109-cu maddəsinin 2-ci hissəsinin a və v bəndləri və 3-cü hissəsinin b bəndi ilə (qəsdən adam öldürmə, hamilə qadına və ya ailə üzvünə qarşı xüsusi amansızlıq törətməklə) ittiham irəli sürülüb, hansı ki, 16 ildən 20 ilədək həbs və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →