—

Aİ Ukraynadakı diplomatik nümayəndəliklərini bağlamayacaq

269
Aİ Ukraynadakı diplomatik nümayəndəliklərini bağlamayacaq
Dinləmək üçün basın

Avropa İttifaqının Ukraynadakı diplomatik nümayəndəliklərinin fəaliyyətini davam edəcək.

Avropa İttifaqının Ukraynadakı diplomatik nümayəndəliklərinin fəaliyyətini davam edəcək.

InterPress.ge xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

"Aİ və onun üzv ölkələri Ukraynaya qarşı mövcud təhlükələri nəzərə alaraq öz hərəkətlərini əlaqələndirirlər. Bizim diplomatik nümayəndəliklərimiz bağlanmayıb", - Ali nümayəndə qeyd edib.

Borrel qeyd edib ki, heyətin mövcudluğu və Aİ vətəndaşları üçün səyahət məsələləri lazım olduqda tənzimlənir.

"Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirik. Xatırladırıq ki, Ukraynaya qarşı hər hansı növbəti hərbi təcavüz böyük nəticələrə səbəb olacaq", - Borrel əlavə edib.

Bundan əvvəl bir sıra ölkələr, o cümlədən ABŞ Ukraynadakı diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarmaq barədə qərar verib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →