—

Marneulidə ilkin mərhələdə bu kəndlərə küçə adları veriləcək

1,729
Marneulidə ilkin mərhələdə bu kəndlərə küçə adları veriləcək
Dinləmək üçün basın

Marneuli Bələdiyyəsinin kəndlərində küçələrin adlarının verilməsi prosesinə start verilib.

Marneuli Bələdiyyəsinin kəndlərində küçələrin adlarının verilməsi prosesinə start verilib.

lnterpress.ge xəbər verir ki,  bu barədə Marneuli Bələdiyyəsinin meriyası məlumat verib.

Meriyadan verilən məlumata görə, bələdiyyədə Marneuli şəhəri və 4 kənd küçəsi (Saimerlo, Çereteli, Qızılhacılı, İmir), 13 kənddə isə (Alget, Sabirkənd, Hallavar, Dioknisi, Tamarisi, Keşəli, Ağməmmədli, Qasımlı, Qaçağan, Sadaxlı, Şaumyan, Şulaver, Norgül) şərti nömrələmə və ilkin mərhələdə küçələrin adlandırılması prosesi həyata keçiriləcək. 

“İkinci mərhələdə küçələrin adlandırılması və nömrələnməsi işləri digər 60 kənddə də  davam etdiriləcək.

Yerli işçi qrupunun diskusiya rejimində müzakirə etdiyi məsələlərin yekunlarına dair hesabat coğrafi obyektlərin adlarının müəyyən edilməsi, normallaşdırılması, istifadəsi, qeydiyyatı və mühafizəsi məqsədi ilə coğrafi adlar sahəsində fəaliyyət göstərən hökumət komissiyasına göndəriləcək. Adların icrası Şəhər Şurasının səlahiyyətindədir. 

Xatırlatmaq istərdik ki, regionda küçələrə adlarının verilməsi təşəbbüsü Kvemo Kartli üzrə dövlət nümayəndəsi Giorgi Doxturişviliyə məxsusdur”, - deyə məlumatda bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →