—

"Rustavi 2" televiziyasının operatoruna hücumda ittiham olunan Datunaşvili sərbəst buraxıldı

284
"Rustavi 2" televiziyasının operatoruna hücumda ittiham olunan Datunaşvili sərbəst buraxıldı
Dinləmək üçün basın

"Rustavi 2" operatoruna hücumda ittiham olunan Uşanqi Datunaşvili 3000 lari girov müqabilində sərbəst buraxılıb. Qərarı Tbilisi şəhər məhkəməsinin hakimi Nino Çaxnaşvili vəkilin vəsatəti əsasında qəbul edib.

lnterPress.ge xəbər verir ki, bu barədə Uşanqi Datunaşvilinin vəkili bildirib.

Onun sözlərinə görə, həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətin verilməsinə əsas Uşanqi Datunaşvilinin səhhətinin ağır olması ilə yanaşı, Datunaşvilinin qanunla ciddi şəkildə cəzalandırılmasını tələb etməyən "Rustavi 2" operatorunun bəyanatı olub.

Məlumat üçün bildirək ki, Rustaveli prospektində KİV nümayəndələrinə qarşı zorakılıq və peşə fəaliyyətinə maneçilik törətmə əməlləri Cinayət Məcəlləsinin 154-cü (jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə) və 126-cı (zorakılıq) maddələri ilə araşdırılır. Ümumilikdə işdə 31 müttəhim və 57 zərərçəkmiş var.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →