—

Azərbaycandan Gürcüstana gələn yük maşını sürücüləri koronavirus testindən keçəcəklər

1,151
Azərbaycandan Gürcüstana gələn yük maşını sürücüləri koronavirus testindən keçəcəklər
Dinləmək üçün basın

Laqodexi sərhəd keçid məntəqəsi vasitəsi ilə Azərbaycandan Gürcüstana gələn yük maşını sürücüləri koronavirus testi ediləcək.

Laqodexi sərhəd keçid məntəqəsi vasitəsi ilə Azərbaycandan Gürcüstana gələn yük maşını sürücüləri koronavirus testi ediləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Kaxetiya departamentinin rəhbəri Neli Xizanişvili bildirib.

Onun sözlərinə görə, sərhəd keçid məntəqəsinə gələn bütün yük maşını sürücüləri sürətli koronavirus testindən keçiriləcək. Bildirib ki, testin cavabı təxminən 90 dəqiqə ərzində bilinəcək, cavab mənfi olduqda sürücülər hərəkətə davam edə biləcəklər. Müsbət cavab alınan sürücülər isə xəstəxanaya yerləşdiriləcək.

Departament rəhbəri qeyd edib ki, Laqodexi gömrük keçid məntəqəsinin dörd işçisi testlərin aparılması ilə bağlı təlim keçiblər və onlar artıq fəaliyyətlərinə başlayıblar.

“Artıq ötən gün sərhəd keçid məntəqəsində 87 nümunə götürülüb və analiz üçün Luqar labaratoriyasına göndərilib. Analizlərin cavabı mənfi olub”,- deyə N. Xizanişvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →