—

Parlament müxalifət deputatlarının səlahiyyətlərinə xitam verilib- verilməməsi ilə bağlı qərar qəbul etdi

399
Parlament müxalifət  deputatlarının səlahiyyətlərinə xitam verilib- verilməməsi ilə bağlı qərar qəbul etdi
Dinləmək üçün basın

Parlamentin Prosedur və Reqlament Komitəsi “Droa” və “Leyboristlər Partiyası” liderlərinin deputat mandatına xitam verilməsini dəstəkləyib.

Parlamentin Prosedur və Reqlament Komitəsi “Droa” və “Leyboristlər Partiyası” liderlərinin deputat mandatına xitam verilməsini dəstəkləyib.

lnterPress. ge xəbər verir ki bu barədə Komitənin sədri İrakli Kadaqişvili bildirib.

Kadaqişvilinin sözlərinə görə, Elene Xoştariya və Şalva Natelaşvili payız sessiyasının bütün 15 plenar iclasında əsassız səbəblərdən dolayı iştirak etməyiblər.

Onun sözlərinə görə, onlar heç bir sessiyada qeydiyyatdan keçməyiblər ki, bu da onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün əsasdır.
 

Deputatlar Prosedur və Qaydalar Komitəsinin iclasında  ən uzun müddətdə Badri Gaparidze məsələsini müzakirə ediblər.

“Lelo”nun liderini vəzifəsindən uzaqlaşdırmaq istəmələrinə səbəb şəhər məhkəməsinin çıxardığı təqsirli hökmdür.

Bugünkü iclasda, həmçinin parlamentin sabiq sədri, “Gürcü arzusu”nun deputatı Kaxa Kuçavanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı yazılı müraciəti də müzakirə edilib və qərara alınıb ki, onun da səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →