—

VMH- Güc Birlikdədir fraksiyası xarici işlər naziri David Zalkalianini qanunverici orqana çağırır

266
VMH- Güc Birlikdədir fraksiyası xarici işlər naziri David Zalkalianini qanunverici orqana çağırır
Dinləmək üçün basın

Parlamentin “Milli Hərəkat – Güc Birlikdədir” fraksiyası Xarici Əlaqələr Komitəsinin növbəti iclasında xarici işlər naziri Davit Zalkalianini qanunverici orqana çağırır. lnterPress ge xəbər verir ki bu barədə Vahid…

Parlamentin “Milli Hərəkat – Güc Birlikdədir” fraksiyası Xarici Əlaqələr Komitəsinin növbəti iclasında xarici işlər naziri Davit Zalkalianini qanunverici orqana çağırır.
lnterPress ge xəbər verir ki bu barədə Vahid Milli Hərəkat Partiyasının üzvü Tina Bokuçava bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiyanın Ukraynaya təcavüzü və Qərbin yeni təmkin arxitekturası fonunda regionda yeni reallıq yaranır və bu, Gürcüstanın istifadə etməli olduğu böyük şansdır, lakin təəssüf ki, biz  hökumətin  tam fəaliyyətsizliyini görürük. Ona görə də, qətnamə məsələsində olduğu kimi, Ukraynaya səfərdə olduğu kimi, bu məsələdə də hakimiyyət funksiyasını müxalifət öz üzərinə götürməlidir, ölkənin milli maraqlarını müdafiə edən də  müxalifət olmalıdı. 

Biz Zalkalianidən ilk növbədə Gürcüstanın Şimal, Baltikyanı və Qara dəniz arasında əməkdaşlığın yeni formatına qoşulması perspektivini müzakirə etmək üçün komitə qarşısına çıxmasını tələb edirik. Ukrayna Xarici İşlər Nazirinin qeyd etdiyi kimi, bu, regionda yeni rifah və təhlükəsizlik zonası yaratmaq cəhdidir və Gürcüstan bu təhlükəsizlik və rifah zonasından istifadə edə bilməlidir. Bu, NATO və Avropa Birliyinə alternativ deyil, lakin onun izah etdiyi kimi, hətta NATO və Avropa Birliyinə qoşulmazdan əvvəl təhlükəsizlik və rifaha nail olmaq üçün fürsətdir", - deyə  Tinatin Bokuçava bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →