—

VMH partiyasının deputatı David Kirkitadze girov cəzasına məhkum edildi

426
VMH partiyasının deputatı David Kirkitadze girov cəzasına məhkum edildi
Dinləmək üçün basın

Vahid Milli Hərəkat Partiyasından olan deputat Davit Kirkitadze həbs-qətimkan tədbiri kimi 5 min lari girov cəzasına məhkum edilib.


lnterPress.ge xəbər verir ki, sözügedən qərarı Rustavi Şəhər Məhkəməsinin hakimi Ketevan Luaşvili qəbul edib.

Davit Kirkitadzenin barəsində həbs-qətimkan tədbirinin seçilməsinin müzakirə olunduğu bugünkü iclasda prokurorluq onun üçün 10 min lari girov, müdafiə tərəfi isə onu həbs-qətimkan tədbiri olmadan azadlığa buraxılmasını tələb edib.

Vəkil Aleksandr Mqeladzenin sözlərinə görə, Kirkitadze cinayət törətməyib, əksinə, özünü müdafiə edib. 

Prokurorluğun məlumatına görə, təqsirləndirilən Kirkitadze müdafiə vəziyyətində olmayıb, çünki ona heç kim fiziki təzyiq göstərməyib. 

Davit Kirkitadze etiraz əlaməti olaraq məhkəmə iclasını tərk edib.


Söhbət 2021-ci il oktyabrın 24-də Vahid Milli Hərəkatın Rustavidəki ofisində baş verən  qarşıdurmadan gedir. Davit Kirkitadzeyə qarşı Gürcüstanın Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsinin “Q” bəndi ilə ittiham irəli sürülüb ki, bu da, fiziki zorakılığı nəzərdə tutur. İttiham aktında cəzanın növü və ölçüsünə görə, iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →