—

Tbilisidə yarım ton mənşəyi məlum olmayan ət aşkarlanıb

395
Tbilisidə yarım ton mənşəyi məlum olmayan ət aşkarlanıb
Dinləmək üçün basın

Milli Qida Agentliyinin Tiflis Şəhər Xidmətinin təftiş qrupları Lilo şəhərində İqor Tkemeladze küçəsi 14a ünvanında Milli Qida Agentliyindən yan keçən ət emalı müəssisəsi aşkar ediblər.

Milli Qida Agentliyinin Tiflis Şəhər Xidmətinin təftiş qrupları Lilo şəhərində İqor Tkemeladze küçəsi 14a ünvanında Milli Qida Agentliyindən yan keçən ət emalı müəssisəsi aşkar ediblər.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyi (SES) məlumat yayıb.

Qurumdan verilən məlumata görə, müəssisədə yarım tonadək mənşəyi məlum olmayan, sanitar-gigiyena normalarının kobud şəkildə pozulması, kritik və qeyri-kritik riayət olunmaması, etiketləmə qaydalarının pozulması halları aşkar edilib.

SES-dən verilən məlumata görə, sahibkarlıq subyekti İqtisadi Fəaliyyət Reyestrində qeydiyyatdan keçmədən fəaliyyət göstərib.

''Növlərin tədqiqi (at və eşşəyin identifikasiyası) məqsədi ilə nümunələr götürülüb hansılar ki   laboratoriya tədqiqatı üçün akkreditasiya olunmuş laboratoriyaya (Dövlət Kənd Təsərrüfatı Laboratoriyası)  göndəriləcək.

Müəssisənin operatoru cərimələnib və istehsal prosesi dayandırılıb, möhürlənmiş ətlər qanunvericiliyə uyğun olaraq Milli Qida Agentliyinin nəzarəti altında məhv ediləcək.

Milli Qida Agentliyi istehlakçıların sağlamlığını və hüquqlarını maksimum dərəcədə qorumaq üçün bütün Gürcüstanda gündəlik olaraq dövlət nəzarətini həyata keçirir”, - deyə məlumatda bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →