—

Parlament sədri Şalva Papuaşvili NATO qərargahına olan səfərini qiymətləndirdi

320
Parlament sədri Şalva Papuaşvili NATO qərargahına olan səfərini qiymətləndirdi
Dinləmək üçün basın

“Hökumətimiz tərəfdaşlarla sıx koordinasiyadadır. Biz bu koordinasiya və ünsiyyət əsasında fəaliyyət göstəririk”.

“Hökumətimiz tərəfdaşlarla sıx koordinasiyadadır. Biz bu koordinasiya və ünsiyyət əsasında fəaliyyət göstəririk”.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili büronun bugünkü iclasında bildirib.

Papuaşvili NATO-nun qərargahına səfərini uğurlu kimi qiymətləndirib və əsas diqqəti Gürcüstanın tərəfdaşlarının dəstəyinə yönəldib.

“Mənim ilk xarici səfərim NATO-nun qərargahına oldu. Burada NATO-Gürcüstan Komissiyasının iclasında iştirak etdim və bu, çox uğurlu keçdi. Aspirant ölkə kimi Gürcüstanın qabaqcıl mövqeləri ilə bağlı açıq qapı siyasəti ilə əlaqəli tərəfdaşlarımızdan bir daha dəstək aldıq. Bundan əlavə, baş katibin müavini ilə də görüşümüz baş tutdu.

Hökumətimiz tərəfdaşlarımızla sıx koordinasiya və ünsiyyətdədir. Biz bu koordinasiya və ünsiyyət əsasında fəaliyyət göstəririk. Gürcüstan bir dövlət olaraq müharibənin qarşısının alınmasının əsas vəzifə olduğu mövqeyini tutur. Çünki bu təhlükəsizlik məsələləri təkcə Ukrayna və Gürcüstanı deyil, bütövlükdə Avropanı və regionu da narahat edir.

Bu gün əsas vəzifə müharibənin qarşısını almaqdır. Dövlətimizin tutduğu bu mövqe tərəfdaşlarımız tərəfindən tam şəkildə bölüşdürülüb. Mən sizə bir daha deyim ki, biz tərəfdaşlarımızla sıx koordinasiyada fəaliyyət göstəririk”, - deyə  Şalva Papuaşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →