—

İlham Əliyev: “Azərbaycan humanitar əməkdaşlıq üçün mühüm məkana çevrilib”

484
İlham Əliyev: “Azərbaycan humanitar əməkdaşlıq üçün mühüm məkana çevrilib”
Dinləmək üçün basın

“Dünya artıq başqalaşıb, biz tədricən işin yeni formatına, həyatın yeni formatına, özünütəcrid rejiminə öyrəşirik. Əlbəttə, ünsiyyət çatışmazlığını hiss edirik. Beynəlxalq forumlara gəldikdə isə, siz tamamilə haqlı…

“Dünya artıq başqalaşıb, biz tədricən işin yeni formatına, həyatın yeni formatına, özünütəcrid rejiminə öyrəşirik. Əlbəttə, ünsiyyət çatışmazlığını hiss edirik. Beynəlxalq forumlara gəldikdə isə, siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, artıq Azərbaycan, ilk növbədə, humanitar əməkdaşlıq üçün mühüm məkana çevrilib”.

InterPress.ge xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində bildirib.

“Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən və təşəkkülündə sizin, Mixail Solomonoviç, şəxsən çox böyük rol oynadığınız Bakı Beynəlxalq Humanitar Forumu da, Mədəniyyətlərarası Dialoq Forumu da, keçirilməsi bu gün təxirə salınmış çoxlu başqa tədbirlər də suallar doğurur: biz onları necə keçirəcəyik? Lakin mənim fikrimcə, əsas məsələ, hər halda, o cümlədən beynəlxalq praktika məsələlərində əməkdaşlığın məzmununu, bu sahədə müsbət təcrübəni qoruyub saxlamaqdır”, - İlham Əliyev qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →