—

Saakaşvili: "DTX Qoridə zorakılıq qeydlərini sildiyini etiraf edib"

500
Saakaşvili: "DTX Qoridə zorakılıq qeydlərini sildiyini etiraf edib"
Dinləmək üçün basın

"DTX Qoridə zorakılıq qeydlərini sildiyini etiraf edib. O, istəyərək bu cinayəti törətdi. Mən dayanmayacağam və mübarizəyə davam edəcəm. Tək mənim üçün deyil, bizim üçün, sizin üçün mübarizə aparacağam. Bəs siz nəyi…

"DTX Qoridə zorakılıq qeydlərini sildiyini etiraf edib. O, istəyərək bu cinayəti törətdi. Mən dayanmayacağam və mübarizəyə davam edəcəm. Tək mənim üçün deyil, bizim üçün, sizin üçün mübarizə aparacağam. Bəs siz nəyi planlayırsız"?

InterPress.ge xəbər verir ki, bu barədə Mixail Saakaşvili cəmiyyətə müraciətində bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti Mixail Saakaşvili ilə Qori Hərbi Hospitalında olarkən baş verən insidentin videosunun silindiyini bildirib.

Məlumat üçün bildirək ki, prokurorluq Mixail Saakaşvilinin zərərçəkmiş şəxs qismində verdiyi ifadəni əsas olmadığına görə, qəbul etməyib və vəkillərə cinayət işi ilə tanış olmağa icazə verib.

Xatırladaq ki, keçmiş prezident Mixail Saakaşvili ötən il oktyabrın 1-də həbs edilib. O, hazırda Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsindədir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →