—

Parisdə məşhur fotoqraf donaraq ölüb

310
Parisdə məşhur fotoqraf donaraq ölüb
Dinləmək üçün basın

“Parisdə məşhur fotoqraf Rene Robert şəhərin mərkəzi küçələrinin birində huşunu itirərək yerə yıxılıb və ətrafda olan insanların heç biri əraziyə təcili tibbi yardım avtomobili çağırmayıb”.

“Parisdə məşhur fotoqraf Rene Robert şəhərin mərkəzi küçələrinin birində huşunu itirərək yerə yıxılıb və ətrafda olan insanların heç biri əraziyə təcili tibbi yardım avtomobili çağırmayıb”.

InterPress.ge xəbər verir ki, bunu “RTL” radiosunda çıxış edən mərhumun dostu və müsiqçi Mişel Momponte bildirib.

Onun sözlərinə görə, 18 yanvar axşamı fotoqraf gəzmək üçün küçəyə çıxıb. Bu zaman o, huşunu itirərək yerə yıxılıb. Baş nahiyəsindən güclü zərbə aldığı üçün 6 saata yaxın küçədə qalıb:

“Bu zaman kəsiyində heç bir şəxs təcili tibbi yardım avtomobilini çağırmağa ehtiyac görməyib. Yalnız səhər saatlarında küçədə yaşayan şəxs əraziyə həkim çağırıb. Xəstəxanaya aparılan 84 yaşlı fotoqrafa kəllə-beyin travması və ağır hipotermiya diqanozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, Rene Robert ömrünün 50 ilini fotoqrafiya sənətinə həsr edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →