InterPress.ge xəbər verir ki, bu barədə ANAMA-dan media məlumat verilib.
Məlumata görə, yanvarın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 1 mina və 9 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 67,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

