—

Ukrayna ombudsmanı Grücüstanın ədliyyə nazirinə müraciət etdi

405
Ukrayna ombudsmanı Grücüstanın ədliyyə nazirinə müraciət etdi
Dinləmək üçün basın

Ukraynanın Xalq Müdafiəçisi Lüdmila Denisova Gürcüstanın ədliyyə naziri Rati Breqadzeyə Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin ixtisaslı psixoloji və fiziki reabilitasiya ilə təmin edilməsi və Rustavi Penitensiarında…

Ukraynanın Xalq Müdafiəçisi Lüdmila Denisova Gürcüstanın ədliyyə naziri Rati Breqadzeyə Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin ixtisaslı psixoloji və fiziki reabilitasiya ilə təmin edilməsi və Rustavi Penitensiarında onunla görüşməsinə icazə verilməsi xahişi ilə müraciət edib.

InterPress.ge xəbər verir ki, Denisova bu barədə Facebook-da yazıb.

Denisova Gürcüstan parlamentinin deputatları Levan Bejaşvili və Tamar Kordzaia ilə görüş barədə də yazıb.

Onun sözlərinə görə, görüşdə o, Mixeil Saakaşvilinin səhhətinin pisləşməsindən narahatlığını bildirib və bunu Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcarianın rəhbərlik etdiyi Həkimlər Şurası da təsdiqləyib.

“Gürcüstan parlamentarilərinə məlumat verdim ki, Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin ixtisaslı psixoloji və fiziki reabilitasiyasını təmin etmək üçün Gürcüstanın ədliyyə nazirinə müraciət etmişəm. Gələn ay Mixeil Saakaşvilini Rustavi Penitensiarında ziyarət etmək planlarımdan danışdım. Mən Gürcüstanın ədliyyə nazirinə müvafiq icazə tələbi ilə müraciət etdim”, - Denisova yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →