—

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər haqda məhkəmə qərar verdi

1,291
Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər haqda məhkəmə qərar verdi
Dinləmək üçün basın

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin ölkəyə qanunsuz daxil olması faktına görə həbs olunan 4 nəfər azad edilib.

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin ölkəyə qanunsuz daxil olması faktına görə həbs olunan 4 nəfər azad edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, Giorgi Narimanidze, Elquca Tsomaya, Zurab və Şalva Tsotsoriya 5 min lari məbləğində girov müqabilində məhkəmə zalından azadlığa buraxılıblar. Girov 1 ay ərzində ödənilməlidir.

Xatırladaq ki, saxlanılan 4 şəxs ağır cinayəti gizlətməkdə, E.Tsomaya həm də sərhədi qanunsuz keçməyə kömək göstərməkdə ittiham olunub.

Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidə 12 saylı həbsxanada saxlanılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →