—

İran Tehranda aviaqəzada ölənlərin ailələrinə 80 min dollar təzminat təklif edib

1,041
İran Tehranda aviaqəzada ölənlərin ailələrinə 80 min dollar təzminat təklif edib
Dinləmək üçün basın

İran Tehran ətrafında aviaqəzada həlak olmuş ukraynalıların ailələrinə 80 min dollar təzminat təklif edib, amma bu məbləğ Kiyevi qane etmir.

İnterPress.ge xəbər verir ki, bu barədə bazar günü Ukrayna prezidenti Vladimir Zelenski "1+1"telekanalında bildirib.

"İran tərəfi haqqında - onlar dərhal hər həlak olan şəxsin ailəsinə 80 min dolalr təklif etdilər, amma biz bununla razılaşmadıq. Mənə elə gəlir ki, bu azdır. Hərçənd, əlbəttə, insan həyatı heç bir pulla ölçülmür, amma biz təzyiq göstərəcəyik ki, ödəmələr daha çox olsun", - Ukrayna prezidenti bildirib.

"Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehran aeroportundan uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Nəticədə 176 nəfər həlak olub. Onlar Əfqanıstan, Almaniya, İran, Kanada və Ukrayna, həmçinin Böyük Britaniya və İsveç vətəndaşları idi. İranın Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 11-də bəyanat yayaraq təyyarənin səhvən Hava Hücumuna qarşı Müdafiə Sitemi tərəfindən vurulduğunu eitraf edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →