—

Qori yaxınlığında avtomobil qəzası baş verdi- Yaralılar var

597
Qori yaxınlığında avtomobil qəzası baş verdi- Yaralılar var
Dinləmək üçün basın

Qori yaxınlığında avtomobil qəzası baş verib.

InterPress.ge xəbər verir ki, baş verən avtomobil qəzasında xəsarət alan 6 sərnişin olmaqla 4- ü azyaşlıdır.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən "Gormedi" klinikasına aparılıblar.

“Görmedinin klinik direktoru Xatuna Şrubinin sözlərinə görə, altı xəstənin hamısına müvafiq tibbi yardım göstərilib və bütün lazımi müayinələr aparılıb, onların həyatları təhlükədə deyil, xəsarət alanlardan birinin Tbilisidəki ixtisaslaşdırılmış klinikaya köçürülməsi planlaşdırılır.

Sözügedən qəzadan əlavə sürüşmə nəticəsində bir avtomobil İqoeti yaxınlığında yoldan aşıb, magistralın Qori-Ruisi hissəsində isə iki yol qəzası baş verib. Hadisə yerində Patrul Polisi və Fövqəladə Hallar Xidmətinin əməkdaşları iştirak edir.

Çətin meteoroloji şəraitlə əlaqədar Tbilisi-Senaki-Leselidze avtomobil yolunun İqoeti-Xaşuri hissəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →