—

Mixeil Saakaşviliyə dəstək aksiyası keçiriləcək

1,064
Mixeil Saakaşviliyə dəstək aksiyası keçiriləcək
Dinləmək üçün basın

Hakimiyyətin qanunsuz məhbusu prezident Saakaşviliyə azadlıq - bu şüarla saat 15:00-da Rustavi həbsxanası qarşısında Mixeil Saakaşviliyə dəstək aksiyası keçiriləcək.

Hakimiyyətin qanunsuz məhbusu prezident Saakaşviliyə azadlıq - bu şüarla saat 15:00-da Rustavi həbsxanası qarşısında Mixeil Saakaşviliyə dəstək aksiyası keçiriləcək.

InterPress.ge xəbər verir ki, təşkilatçılar, fəallar və üçüncü prezidentin tərəfdarları Mixeil Saakaşviliyə qarşı qeyri-insani rəftar və işgəncələrə, şəxsi həkimin ona baş çəkməsinə icazə verilməməsi və telefon danışıqlarının məhdudlaşdırılmasına etiraz edəcəklər.

Mixeil Saakaşvilinin həbsindən 100 gündən çox vaxt keçir. Qori Hərbi Hospitalından Rustaviyə köçürüldükdən sonra həkimlərin ona baş çəkməsinə icazə verilmir, buna görə də üçüncü prezidentin sağlamlıq vəziyyəti tibb sahəsinin nümayəndələri tərəfindən qiymətləndirilməyib.

Mixeil Saakaşvili dekabrın 30-da Qori Hərbi Hospitalından Rustaviyə köçürülüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →