—

Nur-Sultanda inzibati binaların mühafizəsi gücləndirilib, aviareyslər təxirə salınıb

356
Nur-Sultanda inzibati binaların mühafizəsi gücləndirilib, aviareyslər təxirə salınıb
Dinləmək üçün basın

Qazaxıstanın paytaxtı Nur-Sultanda bütün inzibati binalar gücləndirilmiş mühafizəyə götürülüb.

Qazaxıstanın paytaxtı Nur-Sultanda bütün inzibati binalar gücləndirilmiş mühafizəyə götürülüb.

InterPress.ge-nin məlumatına görə, bu barədə “Sputnik.kz” Qazaxıstan polis idarəsinin rəhbərinə istinadən xəbər verib.

“Qazaxıstanın paytaxtında bütün inzibati binalar ciddi mühafizəyə götürülüb” - PD (Polis Departamenti-red.) rəhbəri Yerjan Sadenov”, – agentlik öz teleqramında bildirib.

Eyni zamanda paytaxtda bütün aviareyslər yerli vaxtla saat 12-dək (Tbilisi vaxtı ilə saat 10:00-a qədər-red) təxirə salınıb.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbində neft hasilatı regionu Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri sıxılmış neft qazının qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, etirazlar sonra digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də respublikanın əvvəlki paytaxtı Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib. Ölkənin hər yerində internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →