—

Qiorqi Mşvenieradze: "Mixeil Saakaşvili hesab edir ki..."

596
Qiorqi Mşvenieradze: "Mixeil Saakaşvili hesab edir ki..."
Dinləmək üçün basın

Mixail Saakaşvili hesab edir ki, ona qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftarın araşdırılması üçün onun işi üzrə müvəqqəti istintaq komissiyasının yaradılması vacib olacaq.

Mixail Saakaşvili hesab edir ki, ona qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftarın araşdırılması üçün onun işi üzrə müvəqqəti istintaq komissiyasının yaradılması vacib olacaq.

InterPress.ge xəbər verir ki, Mixail Saakaşvili ilə Rustavi cəzaçəkmə müəssisəsində görüşdükdən sonra Mixail Saakaşvilinin vəkili Qiorqi Mşvenieradze bildirib.

Vəkilin sözlərinə görə, Saakaşvili özünü istintaq komissiyasına təqdim etməyə və komissiya üzvlərinə müvafiq məlumat verməyə hazırdır.

“Mixeil Saakaşvilinin lazımi tibbi yardıma ehtiyacı var və onu cəzaçəkmə müəssisəsində ala bilmir. Onun hələ də tibbi yardım almaq və öz həkimlərinin alternativ fikirlərini eşitmək imkanı məhduddur. Saakaşvili hesab edir ki, Dövlət Müfəttişliyinin ləğv olunması birbaşa onun işinin araşdırılması ilə bağlıdır. İstintaq intensiv aparıldığı üçün o, ətraflı sorğu-sual edilib və hökumətin istintaqı ləngitmək üçün addımlar atdığını düşünür. Müvafiq olaraq, Mixail Saakaşvili hesab edir ki, parlamentdə onun işi ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması mühüm əhəmiyyət kəsb edəcək və bu komissiya ona qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftar faktını araşdıracaq, o cümlədən cinayətdə iştirak edən məmurların məsuliyyəti məsələsini qaldıracaq.  Buna uyğun olaraq bizim istəyimiz və çağırışımız 50 müxalifətçi deputatla bağlı olacaq.
Onlar da bu vəziyyəti dəyərləndirməlidirlər”, - Qiorqi Mşvenieradze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →