—

Ana yeni doğulmuş körpəni xəstəxanada tərk edib

1,011
Ana yeni doğulmuş körpəni xəstəxanada tərk edib
Dinləmək üçün basın

Kutaisidəki doğum evlərinin birində ana pulu olmadığı üçün yeni doğulmuş uşağı tərk edib. O, klinikaya uşağını saxlaya bilməyəcəyini və onu tərk etmək məcburiyyətində qaldığını bildirib.

Kutaisidəki doğum evlərinin birində ana pulu olmadığı üçün yeni doğulmuş uşağı tərk edib. O, klinikaya uşağını saxlaya bilməyəcəyini və onu tərk etmək məcburiyyətində qaldığını bildirib.

InterPress.ge xəbər verir ki, daha sonra ana sosial xidmətlə əlaqə saxlayıb və kömək istəyib.

Dövlət Qayğısı Agentliyindən verilən məlumata görə, qəyyumluq və himayə orqanının cəlb edilməsi ilə Ailəyə Dəstək Xidməti tərəfindən ana və uşaqların birgə yaşaması üçün bütün zəruri proqramlar təklif olunub. Onların dediyinə görə, bu mərhələdə uşağı anadan ayırmağa ehtiyac yoxdur.

Onların sözlərinə görə, ana və uşaq yaşayış şəraiti ilə təmin olunub.

Körpənin vəziyyəti qənaətbəxşdir.

Sosial şəbəkədə məlumat yayılandan sonra vətəndaşlar yeni doğulan körpəyə və anaya kömək məqsədilə xeyriyyə aksiyasına başlayıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →