—

Saakaşvilinin tərəfdarları aclıq aksiyasını dayandırdı

1,076
Saakaşvilinin tərəfdarları aclıq aksiyasını dayandırdı
Dinləmək üçün basın

Vahid Milli Hərəkat aclıq aksiyasını keçmiş prezident Mixeil Saakaşvilinin xahişi ilə dayandırdığını bildirib.

Vahid Milli Hərəkat aclıq aksiyasını keçmiş prezident Mixeil Saakaşvilinin xahişi ilə dayandırdığını bildirib.

InterPress.ge xəbər verir ki, Saakaşvilinin xahişini aclıq elan edənlərə Qiorqi Mşvenieridze bildirib.

Mixeil Saakaşvili aclıq elan edənlərə müraciət edib ki, bu çətin etiraz formasını dayandırmasalar, özü də aclıq aksiyası keçirəcək.

Eyni zamanda, Vahid Milli Hərəkatın sədri Nika Melianın dediyinə görə, Mixeil Saakaşvili aclıq elan edən hər bir insanın səhhətindən narahatdır və o da, aclıq aksiyasını bərpa etməyə məcbur olacaq, onun sözlərinə görə, bu, yolverilməzdir.

"Onun özü də aclıq aksiyasını bərpa etməyə məcbur olacaq, buna bizim heç birimizin icazə verməyə haqqımız yoxdur, çünki Mixeil Saakaşvilinin aclıq aksiyasına başlaması ölümcül nəticə verəcək və ona görə də biz yoldaşlarımızla birlikdə ölkədə ədalət bərqərar olana və siyasi mühakimə bitənə qədər mübarizənin rəngarəng və qeyri-zorakı mərhələsinə keçmək qərarına gəldik. Biz mübarizənin başqa mərhələsinə keçirik", - deyib Nika Melia.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →