—

Qiuli Alasania: "Mixeil Saakaşvili huşunu itirdi"

474
Qiuli Alasania: "Mixeil Saakaşvili huşunu itirdi"
Dinləmək üçün basın

Gürcüstanın üçüncü prezidentinin anası Qiuli Alasania bildirib ki, Mixeil Saakaşvili huşunu itirib.

Gürcüstanın üçüncü prezidentinin anası Qiuli Alasania bildirib ki, Mixeil Saakaşvili huşunu itirib.

InterPress.ge xəbər verir ki, Alasania bu barədə TV Pirveli-yə verdiyi müsahibəsində bəyan edib.

Qiuli Alasania-nın sözlərinə görə, Mixeil Saakaşvilinin vəziyyəti onu həbsxanaya aparacaqlarını dedikdən sonra pisləşib.

“Məndə olan məlumata görə, o, huşunu itirib, təzyiqi 200 olub, sonra necə yaxşılaşıb və nə baş verib, bu təfərrüatlardan xəbərim yoxdur, Nikoloz Ğipşidze ilə Otar Toidzenin içəri girməsini gözləyirəm.  

Həkimlərin içəri buraxılmamasını xoşlamıram. Düzgün formada görünmür, yəqin ki, belə vəziyyətdə görmələrini istəmirlər.

Sənədlərin hazır olduğunu və onu yenidən həbsxanaya aparacaqlarını eşidəndən sonra vəziyyəti pisləşib, onu hansı həbsxanaya aparmağa çalışdıqlarını bilmirəm. Az əvvəl hamımız Xalq Müdafiəçisi Şurasının rəyini eşitdik, o da yekdilliklə deyir ki, hələ həbsxanaya aparmaq olmaz”, - Qiuli Alasania söyləyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →