—

Gürcüstan Səhiyyə naziri ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı açıqlama verdi

3,191
Gürcüstan Səhiyyə naziri ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı açıqlama verdi
Dinləmək üçün basın

"İctimai nəqliyyatın işləməsi barəsində koordinasiya şurası müsbət qərar qəbul etməyib".

"İctimai nəqliyyatın işləməsi barəsində koordinasiya şurası müsbət qərar qəbul etməyib".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradze deyib.

Tikaradzenin dediyinə görə, konkret olaraq ictimai nəqliyyat istiqaməti ilə müəyyən qaydaların tədbiq edilməsi ilə bağlı işlər aparılır.

“Koordinasiya şurası görüşündə qərar qəbul etdik ki, sabahdan müəyyən tənzimləmələr aradan qaldırılacaq. Bu ilk növbədə fövqəladə vəziyyətə, eləcə də komendant saatına aid olacaq. Nəqliyyatın işə başlamasına gəldikdə, ictimai nəqliyyatın işləməsi barəsində hələlik müsbət qərar qəbul etməmişik, çünki statistik göstəricilər və epid-durum önəmlidir. Bu günki günü, infeksiyanın yayılmasının əmsalı 1.36-dır. Bu isə, bizə əsas verir ki, hökumətə müəyyən məhdudiyyətlərin aradan qaldırılması barəsində zəmanət verək.

Bu gün şura qərar qəbul etdi ki, vətəndaşlar öz avtomobilləri ilə, üçdən artıq sənişinlə hərəkət edə bilərlər, taksi sürücüləri üçün isə, bu məhdudiyyət qüvvədə qalır. Konkret olaraq ictimai nəqliyyat istiqaməti ilə müəyyən qaydaların tədbiq edilməsi ilə bağlı işlər aparırıq, həmçinin infeksiyanın yayılması əmsalını müşahidə edirik. Bundan sonra artıq əlavə qərarlar qəbul edəcəyik”, – Tikaradze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →