—

Saakaşvilinin Gürcüstana qanunsuz gəlməsi ilə bağlı növbəti məhkəmə keçiriləcək

422
Saakaşvilinin Gürcüstana qanunsuz gəlməsi ilə bağlı növbəti məhkəmə keçiriləcək
Dinləmək üçün basın

Bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

Bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

InterPress.ge xəbər verir ki, iclas Tbilisi Şəhər Məhkəməsində saat 12:00-da başlayacaq.

M.Saakaşvilinin prosesdə iştirak edib-etməyəcəyi hələ məlum deyil. Həkimlər sağlamlıq durumu səbəbindən onun iştirakını tövsiyə etmirlər.

Sözügedən iş üzrə ilk məhkəmə dinləməsi dekabrın 9-da eks-prezidentin iştirakı olmadan baş tutub.

Qeyd edək ki, sabiq dövlət başçısı bu ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı 4 nəfər saxlanılıb.

M.Saakaşvili noyabrın 20-dən Tbilisinin Qldani həbsxanasının klinikasından köçürüldüyü Qori Hərbi Hospitalında müalicə olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →