—

Elene Xoştaria prezident Salome Zurabişvili ilə görüşəcək

376
Elene Xoştaria prezident Salome Zurabişvili ilə görüşəcək
Dinləmək üçün basın

Sabah, dekabrın 22-də "Droa" partiyasının lideri Elene Xoştaria prezident Salome Zurabişvili ilə görüşəcək.

Sabah, dekabrın 22-də "Droa" partiyasının lideri Elene Xoştaria prezident Salome Zurabişvili ilə görüşəcək. 

InterPress.ge xəbər verir ki, Xoştaria bu barədə Facebook səhifəsində yazıb.

"Prezidentdən sabahkı görüş üçün dəvət aldım. Minnətdaram və sabah saat 12-də böyük maraq və nəticəyönümlü ora gedəcəyəm", - deyə o yazıb.

Prezident bu gün artıq parlamentin “Lelo” fraksiyasının nümayəndəsi, deputat Salome Samadaşvili və Milli Hərəkatın üzvü Xatia Dekanoidze ilə görüşüb. Bu gün "Lelo" partiyasının liderləri - Mamuka Xazaradze və Badri Caparidze ilə də görüş planlaşdırılır. Eyni zamanda, Salome Zurabişvili bu gün Atoneli iqamətgahında “Qirçi” və “Vətəndaşlar” partiyasını qonaq edəcək.

Xatırladaq ki, Gürcüstan prezidenti bir neçə gündür ki, müxalifət partiyasının nümayəndələri ilə məsləhətləşmələr və görüşlər keçirir.

Görüşlərdə müzakirə mövzusu prezidentin təşəbbüsü ilə başlanan milli razılıq prosesidir. Bu formatda Salome Zurabişvili artıq bütün Gürcüstanın katolikos-patriarxı II İlia və keçmiş prezident Qiorqi Marqvelaşvili ilə görüşüb.

Bundan başqa, o, ayrı-ayrı siyasətçilərlə fərdi görüşlər keçirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →