—

Mixeil Saakaşvilinin növbəti məhkəməsi təyin edildi

971
Mixeil Saakaşvilinin növbəti məhkəməsi təyin edildi
Dinləmək üçün basın

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi sabah, dekabrın 22-də keçiriləcək.

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi sabah, dekabrın 22-də keçiriləcək.

InterPress.ge xəbər verir ki, məhkəmə saat 12:00-da Tbilisi Şəhər Məhkəməsində keçiriləcək.

Saakaşvilinin öz məhkəməsində iştirak edib-etməyəcəyi onun səhhətindən asılıdır.

Sabahkı məhkəmə iclasında işin mahiyyəti üzrə ilk iclas keçiriləcək. Prosessual olaraq tərəflər giriş sözlərini deməlidirlər.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi oktyabrın 1-də Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı araşdırmalara başlayıb. Sözügedən iş çərçivəsində daha 4 nəfər - Elquca Tsomaia, Zurab və Şalva Tsotsoria və Qiorqi Narimanidze ittiham olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →