—

Tbilisidə partlayış nəticəsində yaralananlar olub

507
Tbilisidə partlayış nəticəsində yaralananlar olub
Dinləmək üçün basın

Tbilisi şəhərinin Vazisubani rayonunda çoxmənzilli yaşayış binasında yerləşən mənzillərin birində baş verən partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Tbilisi şəhərinin Vazisubani rayonunda çoxmənzilli yaşayış binasında yerləşən mənzillərin birində baş verən partlayış nəticəsində beş nəfər xəsarət alıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların idarə olunması Departamentinin mətbuat xidməti məlumat yayıb.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub. Partlayış dalğası mənzilin divarlarının bir hissəsini uçurub, həmçinin onun yanında dayanan avtomobillərin şüşələrini sındırıb.

Partlayışdan sonra yanğın baş verib, yanğın tez bir zamanda söndürülüb. Xilasedicilər təhlükəsizlik məqsədilə ev sakinlərini təxliyyə ediblər. Onlar otellərdə gecələyəcəklər.

Xəsarət alanlardan biri yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Digərləri yüngül xəsarət alıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →