—

Ədliyyə naziri: "Saakaşvilinin 18-ci Cəzaçəkmə Müəssisəsinə köçürülməsi onun sağlamlığının qorunmasına yönəlmiş hadisə idi"

510
Ədliyyə naziri: "Saakaşvilinin 18-ci Cəzaçəkmə Müəssisəsinə köçürülməsi onun sağlamlığının qorunmasına yönəlmiş hadisə idi"
Dinləmək üçün basın

Ədliyyə naziri Rati Breqadze parlamentdə deputatlar qarşısında çıxış edir.

Ədliyyə naziri Rati Breqadze parlamentdə deputatlar qarşısında çıxış edir.  

InterPress.ge xəbər verir ki, Breqadze bu il həyata keçirilən layihələrdən danışıb. 

Eyni zamanda o, parlament üzvlərinin Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili ilə bağlı suallarını cavablandırıb.

Rati Breqadze bildirib ki, keçmiş prezident Saakaşvilinin 18-ci Cəzaçəkmə Müəssisəsinə köçürülməsi onun sağlamlığının qorunmasına yönəlmiş hadisə idi.

“İnsan ac olanda sağlamlığının pisləşmə riski yüksək olur. Ona görə də 18 saylı müəssisəyə köçürdük.

Kadrların ictimailəşdirilməsinə gəlincə, vəkilləri və jurnalistlər onun 12-ci müəssisəni tərk etməyə məcbur edilməsindən danışırdılar... Bu, çaşqınlıq və qarışıqlıq yaradacaqdı, buna imkan verə bilməzdik, 12-ci müəssisədən necə könüllü getdiyini dərc etməyimizə bu səbəb oldu", - deyə nazir söyləyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →