—

Azərbaycan parlamentinin deputatı: “Başqa ölkələrdən bura gəlib getmək əzaba çevrilib"

827
Azərbaycan parlamentinin deputatı: “Başqa ölkələrdən bura gəlib getmək əzaba çevrilib"
Dinləmək üçün basın

“Dəfələrlə aviabiletlərin qiymətlərinin baha olması məsələsini qabartmışıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzurqsa, rəqabət də olmayacaq”.

“Dəfələrlə aviabiletlərin qiymətlərinin baha olması məsələsini qabartmışıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzurqsa, rəqabət də olmayacaq”.

InterPress.ge-nin xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ən yaxşı işləyən qurumlardan biri Dövlət Miqrasiya Xidmətidir: “Başqa ölkələrdən bura gəlib getmək əzaba çevrilib. Biz bu qanunu kiməsə iş yerinin yaradılması üçün qəbul etməməliyik. Ov turizminin də qanunda hər hansı bir formada əks etdirilməsi vacibdir”.

Deputat Azərbaycanda turistlərin aldadılması məsələsinə də xüsusi diqqətin yetirilməsinin vacibliyini vurğulayıb: “İnzibati Xətalar Məcəlləsinə turistlərin aldadılması ilə bağlı müddəa da əlavə edilməlidir. Turistlər bilməlidir ki, bu ölkəyə gələnlər aldadılmır”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →