—

Baş nazir "Şərq Tərəfdaşlığı" sammitində iştirak edəcək

386
Baş nazir "Şərq Tərəfdaşlığı" sammitində iştirak edəcək
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 15-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitində iştirak edəcək.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 15-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitində iştirak edəcək.

InterPress.ge xəbər verir ki, hökumət başçısı nümayəndə heyəti ilə birgə Belçikaya yollanıb.

Sammitdə Gürcüstan üçün prioritet məsələlərin əks olunacağı siyasi bəyannamə qəbul ediləcək. Sənəddə "Şərq Tərəfdaşlığı"nın Avropa İttifaqı üçün strateji əhəmiyyəti, o cümlədən Gürcüstanın və onun tərəfdaşlarının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstək bir daha təsdiqlənəcək.

İ.Qaribaşvili Brüsselə səfəri çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər də keçirəcək.

Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə müavini, xarici işlər naziri Davit Zalkaliani və hökumət administrasiyasının rəhbəri İlya Darçiaşvili daxildir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →