Türkiyənin Manisa rayonunun Qırxağac qəsəbəsində yenə zəlzələ olub.
İnterPress.ge Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 14:36-da 4,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, yanvarın 22-də Manisanın Akhisar qəsəbəsində 5,4 bal gücündə zəlzələ baş verdikdən sonra ərazidə mütəmadi 4 maqnitudan yuxarı təkanlar qeydə alınır.
