—

Marneuli bələdiyyəsinin iclasında etiraz edilib, Saakaşviliyə azadlıq tələb edildi

1,045
Marneuli bələdiyyəsinin iclasında etiraz edilib, Saakaşviliyə azadlıq tələb edildi
Dinləmək üçün basın

Marneuli Bələdiyyə Məclisinin birinci növbədənkənar iclası “Vahid Milli Hərəkatın” üzvlərinin etirazı ilə başlayıb.

Marneuli Bələdiyyə Məclisinin birinci növbədənkənar iclası “Vahid Milli Hərəkatın” üzvlərinin etirazı ilə başlayıb.

InterPress.ge xəbər veri ki, VMH partiyasının bələdiyyə üzvü Nərgiz Əliyeva iclasda üzərində Mixail Saakaşviliyə azadlıq tələb edən poster açıb və Bələdiyyə Məclisinin fəaliyyətinə etirazını bildirib.

Daha sonra o, əlindəki digər üzərində Mixail Saakaşviliyə azadlıq yazılan stikeri Bələdiyyə Məclisi sədrinin başının üstünə, divara yapışdırıb. Bələdiyyə Məclisi sədrinin müavini Riçard Qiqani isə yapışdırılan stikeri divardan çıxararaq Nərgiz Əliyevaya doğru atıb.

Nərgiz Əliyeva və “VMH” fraksiyasının sədri etiraz əlaməti olaraq Bələdiyyə Məclisi iclas zalını tərk edib.

N. Əliyeva meriya binasından çıxdığı zaman binanın önünə də üzərinə Saakaşviliyə azadlıq yazılmış stikerlər yapışdırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →