—

Quram Macaraşvili: "Saakaşvili müxalifət, xüsusilə Milli Hərəkat üçün siyasi yükdür"

364
Quram Macaraşvili: "Saakaşvili müxalifət, xüsusilə Milli Hərəkat üçün siyasi yükdür"
Dinləmək üçün basın

"Barışıq və amnistiya o zaman baş verir ki, tərəflər gələcəkdə normal siyasi prosesin başlamasını istəyirlər. Biz onların ictimai bəyanatlarından bilirik ki, Vahid Milli Hərəkat Saakaşvilinin həbsi ilə barışmaq və…

"Barışıq və amnistiya o zaman baş verir ki, tərəflər gələcəkdə normal siyasi prosesin başlamasını istəyirlər. Biz onların ictimai bəyanatlarından bilirik ki, Vahid Milli Hərəkat Saakaşvilinin həbsi ilə barışmaq və müxalifətdə olmaq niyyətində deyil".

InterPress.ge xəbər verir ki, bunu parlament çoxluğunun üzvü Quram Macaraşvili söyləyib.

Saakaşvilinin milli barışıqla bağlı bəyanatını dəyərləndirən Macaraşvili həmçinin qeyd edib ki, onların səmimiliyinə inananlar çox yanılırlar.

“Milli Hərəkat”ın üsulları köhnəlib, cəmiyyət onun bütün siyasi hiylələrinə yaxşı bələddir. Son günlər gördük ki, “Milli Hərəkat” çox fərqli mövqedədir, elə Nika Melianın bəyanatı da belədir ki, hakimiyyət dəyişdirilməli, sonra Mixeil Saakaşvili azad edilməlidir. Onun bəyanatı Saakaşvilinin özü üçün qəbuledilməz oldu və boş gündəmə dərhal barışmaq məsələsini daxil etdi, buna isə heç kim inanmır. Barışıq və amnistiya o zaman baş verir ki, tərəflər gələcəkdə normal siyasi prosesin başlamasını istəyirlər. Biz onların ictimai bəyanatlarından bilirik ki, Vahid Milli Hərəkat Saakaşvilinin həbsi ilə barışmaq və müxalifətdə olmaq niyyətində deyil. O, hər vasitə ilə hakimiyyətin qaytarılması üçün mübarizə aparır və bunun fonunda onların səmimi barışmaq sözünə inanan varsa, çox yanılır. Əslində, bu gün Mixail Saakaşvilinin müxalifət, xüsusən də “Milli Hərəkat” üçün siyasi yükə çevrildiyi mənzərəni əldə etdik. Bu mərhələdə hər hansı partiya barışmaq istəyirsə, parlamentə gəlsin, parlamentin legitimliyini tanısın və bundan sonra biz onların səmimi istəyini görə bilərik”, – Quram Macaraşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →