—

Putinlə Baydenin müzakirə etdiyi məsələlər açıqlanıb

386
Putinlə Baydenin müzakirə etdiyi məsələlər açıqlanıb
Dinləmək üçün basın

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlarda müzakirə edilən məsələlər açıqlanıb.

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlarda müzakirə edilən məsələlər açıqlanıb.

InterPress.ge xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçıları iki ölkənin münasibətlərində strateji sabitliyi müzakirə ediblər. Danışıqlarda habelə İran məsələsində birgə fəaliyyəti, Ukrayna ətrafında gərginliyin aradan qaldırılması diqqət mərkəzində olub.

Ağ Evin yaydığı açıqlamada deyilir ki, Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib, gərginliyi azaltmağa və danışıqlara qayıtmağa çağırıb.

"ABŞ və müttəfiqləri hərbi eskalasiya halında güclü iqtisadi və digər tədbirlərlə cavab verəcəklər", - Ağ Evin məlumatında deyilir.

Qeyd edək ki, danışıqlar iki saat davam edib və qapalı şəraitdə baş tutub.

Bu, iki ölkə liderinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib, o zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →