—

Azərbaycan rəsmisi quru sərhədlərin açılması ilə bağlı açıqlama verdi

8,412
Azərbaycan rəsmisi quru sərhədlərin açılması ilə bağlı açıqlama verdi
Dinləmək üçün basın

“Azərbaycanın quru sərhədlərinin bağlı olması turizmə mənfi təsir edir, lakin sərhədlərin açılması risklidir”.

“Azərbaycanın quru sərhədlərinin bağlı olması turizmə mənfi təsir edir, lakin sərhədlərin açılması risklidir”.

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

“Quru sərhədlərinin bağlı olması sırf ölkəmizlə əlaqəli məsələ deyil. Azərbaycan 60-dan çox ölkə ilə hava sərhədlərini açıb. Problem ondadır ki, digər ölkələrdə yoluxanların sayı artıb və həmin ölkələrdən giriş-çıxışda məhdudiyyətlər tətbiq olunur. Dövlət hansı risklərin qayıda biləcəyini hesablayır. Biz Dövlət Turizm Agentliyi olaraq istərdik ki, ölkəyə daha çox turist gəlsin. Lakin biz bilməliyik ki, hansı risklərlə qarşılaşa bilərik. Məsələn, biz Gürcüstanla quru sərhədləri açsaq, yoluxma və ölüm faktı çoxalacaqsa bu, dövlət üçün risk kəsb edəcək. Hazırda Gürcüstanda yoluxma sayı çoxdur. Dövlət ilk olaraq öz vətəndaşlarını qorumağı düşünür və müvafiq proses ardıcıl olaraq aparılmalıdır”, - o qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →