—

Saakaşvilinin anası: "Nə baş verir bilmirəm"

769
Saakaşvilinin anası: "Nə baş verir bilmirəm"
Dinləmək üçün basın

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniyaya Qori Hərbi Hospitalında oğluna baş çəkməyə icazə verilməyib.

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniyaya Qori Hərbi Hospitalında oğluna baş çəkməyə icazə verilməyib.

InterPress.ge xəbər verir ki, Qiuli Alasanianın sözlərinə görə, ona iş saatının bitdiyini, bu səbəbdən Mixail Saakaşvili ilə görüşə bilməyəcəyini deyiblər.

"Çox uzun müddətdir gözləyirdim, 20 dəqiqə gecikdim, amma biz onlara bir az gecikə biləcəyim barədə xəbərdarlıq etmişdim və razılıq da görünürdü. Sonra mənə dedilər ki, iş saatı bitib, burada məntiq görə bilmədim. Burada mən işləmirəm, nə də oğlum burada işləmək üçün oturmur, kimin iş vaxtı bitib. Oğlumun olduğu yerin dəhlizi həmişə əməkdaşlarla dolu olur. 

Axşam saat 6-dan sonra xəstəxanaya daxil olma hallarım olub. Mən heç nə anlamıram, çox təəccüblənirəm, nə baş verdiyini başa düşə bilmirəm və iki saatdan çoxdur ki, buradayam, mən hələ də nəyinsə dəyişə biləcəyini gözləyirəm. Heç bir məlumatım yoxdur. Bildiyim tək şey odur ki, oğlum məni həqiqətən görmək istəyirdi”, - Qiuli Alasania deyir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →