Martğopidə ər arvadını yaralayıb, daha sonra özünə xəsarət yetirərək dünyasını dəyişib.
InterPress.ge xəbər verir ki, hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik məlum deyil.
Yayılan məlumata görə, ailədə münaqişə olmayıb, kişinin səhhətində problem olduğu, iki dəfə insult və infarkt keçirdiyini bildirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin ailədə sağlamlığa qəsdən ağır zərər vurmağı nəzərdə tutan 117-ci maddəsi ilə araşdırma aparılır.
