—

Qiqi Uqulava: "Giorgi Rurua azad olunmayana qədər, razılaşma yerinə yetirilmiş kimi hesab oluna bilməz"

695
Qiqi Uqulava: "Giorgi Rurua azad olunmayana qədər, razılaşma yerinə yetirilmiş kimi hesab oluna bilməz"
Dinləmək üçün basın

"Yarı yerinə yetirilmiş razılaşma mövcud deyil və Giorgi Rurua həbsxanadan azad olunmalıdır".

"Yarı yerinə yetirilmiş razılaşma mövcud deyil və Giorgi Rurua həbsxanadan azad olunmalıdır".

InterPress.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə “Avropa Gürcüstanının” üzvü, Qiqi Uqulava deyib.

Onun dediyinə görə, ona qədər partiyalar arasında 8 mart razılaşması yerinə yetirilmiş kimi hesab oluna bilməz.

Bununla yanaşı, Uqulavanın qeyd etdiyinə görə, ölkənin iqtisadi pandemiyası qarşısında durduğu bir zaman, beynəlxalq həmdostluqla əməkdaşlıq xüsusilə önəmlidir ki, insanlar aclıq səddinə düşməsinlər.

“Düşünürəm ki, İvanişvilinin hakimiyyəti başa düşməlidir ki, bu biabırçı ləkə başa çatmalıdır, çünki ölkəmiz üçün zərərlidir.

Ölkənin iqtisadi pandemiyası qarşısında durduğu bir zaman, beynəlxalq həmdostluqla əməkdaşlıq xüsusilə önəmlidir ki, insanlar aclıq səddi ilə qarşılaşmasınlar.

Girogi Rurua azad olunmayana qədər, partiyalar arasında 8 mart razılaşması yerinə yetirilmiş kimi hesab oluna bilməz”, – Qiqi Uqulava dedi.

Bundan başqa, Uqulavanın dediyinə görə, müxalif partiyalar bu gün “Leyborist Partiyası” ofisində yenə toplaşacaqlar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →